DergiZan

Yazı ve Sanat Ülkesi

Ağla Gözlərinin Yaşına Dönüm / Nuranə Nur

Məni axtardığın yerdə tapmasan,
Ağla gözlərinin yaşına dönüm.
Yağış əvəzinə yalqızlıq yağır,
Biraz səbrli ol başına dönüm.

Biraz yoxluğunda yaşayım səni,
Yenə misralara daşıyım səni.
Bom boş küçələrdə üşüyərsən gəl,
İsti divarına , daşına dönüm.

Gündüzün günlərə qarışıb itib,
Gecə yuxuların gözündə bitib .
Bəlkə də xəyalım yadından çıxıb,
Gəlim kipriyinə , qaşına dönüm.

Demirəm həyatın, nəfəsin olum
Bir qurtum yaşamaq həvəsin olum.
Bəlkəni əkənlər xeyrin görməyib,
Kaş ki, həyatının “kaş”ına dönüm.

Məni axtardığın yerdə tapmasan,
Ağla gözlərinin yaşına dönüm.
Yağış əvəzinə yalqızlıq yağır,
Biraz səbrli ol başına dönüm.

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 9 eseri bulunmaktadır.