Kim Ölüb Gedənlər Üçün? / Gulsade İbrahimli
Məni ayrılıqla qorxudan adam,
de görüm, kim ölüb gedənlər üçün?
Bir məzar qazırıq,
İki göz yaşı…
Bu da son ayindi ölənlər üçün.
Nə sən uşaqsan,
nə də mən üzsüz,
biz bizi bilərək edam edənik.
Gücümüz çatmayıb birgə həyata.
Ayrı pəncərələrin arxasında biz
eyni dərd içində qəbrə gedənik.
Nə qaldı, de səndə,
nə qaldı məndən?
Bir nəmli əl izi,
bir öpüş yeri…
Qoy daha üşüsün o görüş yeri.
Nə sən uşaqsan,
Nə mən məktəbli.
Bilirik ,ayrılıq zamanı yetib.
Serroz xəstəliyi tutub sevgimiz,
bitib,
Son nəfəsi də bu payız bitib
Bu Yazarın Diğer Yazıları (Toplam: 12 adet)
Ayrılıq / Gülsadə İbrahimli
4 Ağustos 2024
Cənnət Qoxan Bayrağım / Gülsade İbrahimli
5 Şubat 2024
Ata/ Gülsade İbrahimli
10 Aralık 2023
Atasız Qalmaq / Gülsade İbrahimli
31 Ocak 2023
Özündən Böyük Yalanların / Gülsade İbrahimli
31 Ekim 2022
Bir Zamanlar / Gulsade İbrahimli
12 Temmuz 2022
Darıxmaq / Gülsade İbrahimli
28 Ocak 2022
Ən Səssiz Mərmi / Gülsade İbrahimli
2 Haziran 2021
Qadını Olasan / Gulsade İbrahimli
8 Eylül 2020
Bir Qadın Var / Gülsade İbrahimli
17 Haziran 2020
Bakim / Gulsade İbrahimli
21 Şubat 2020
Hedonist / Gulsade İbrahimli
21 Ocak 2020