DergiZan

Yazı ve Sanat Ülkesi

Sevincin Mənəm / Lalə İsmayıl

Günlər yel qanadlı, ayları qovar,
Ömrün dəyirmanı illəri ovar,
Saf eşqə, qayalar yarmağa nə var,
Qəminlə qəlbimi dələn də mənəm.

Çöküb bu binanın daşı, dayağı,
Dəyişib səmtini başı ayağı,
Bir qərib səyyadam, naşı sayağı,
Düşmüşəm toruna, tələndə mənəm.

Üzünü çevirdi haqqın hakimi,
Çəkdi qismətimi yağdan tük kimi,
Çəkə bilməyirsən, ağır yük kimi
Ay Fələk, deyəsən şələndə mənəm?!

Suyundan alışıb, islanır odda,
Dirənib zülmünə, durur həyatda,
Dünya, gəl LaLə’ni arama yadda!
Sevincin də mənəm, çilən də mənəm.

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 4 eseri bulunmaktadır.

Yazarın diğer yazıları