DergiZan

Yazı ve Sanat Ülkesi

Sevə Bilmək / Rohíy Méralé

Bir günün xatirəsi yetər ömrümə
Bir sözün sədasında hər şeyi duymaqdır həyat mənə.
Özümlə barışan o an,
kimsə duymadı sandığım duadan doğar.
Bütün savaşlar sevgisi oğurlanmış dünyadır
Hər kəs dünyası gədər yaşar.
Mənimlə yaşayan arzular,
mənsiz həyata bağlandılar
Ağrısından görmədi, amma
nəfəs almırdı həyat…
Özündən qaça bilmək – itirilmək,
sonda bütün axtarışların ayaqlarına enməkmiş demək.

Savaşdığım ümidlə birgə
solmayan, getməyən bir varlıq aradıq,
Tapmadıq
Ruhumun axtarışı boş, quraqlıq
Keçmişlə, sabahla hər şey sonda torpaq olarmış.
Qarşıma çıxmadı ömürdən ötən heç nə
Kimsə də yox, yalanıma inanıb
dönək itirilmiş keçmişə.
Hicran haray çəkərkən, ümid duymayır yenə.
Susan həqiqətdən yalana inam doğdu
Səslərkən adını,
əbədiyyət səssizliyi qorudu…
Kimsə dinmirsə, sükutum deyil,
susan sevgilərdə doğular sükut
Sükut – ölüm tövhəli fəryadıdır nəfəsin
Dərilən nəfəsdə yox,
susan dualarda, səssiz könüllərdə ölər insanlar.
Bir tək sevə bilmək,
qaranlıqda boğulan hər ağrını silmək…
Qəlbin sevdası həyatdır,
onu,
Yaradanı
sevə bilmək

 

19.12.2019

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 6 eseri bulunmaktadır.

Yazarın diğer yazıları