Canınız Sağolsun / Bənövşə Mahmudqızı
Uşaqlığım belə xoşbəxt keçmədi,
Bunun var yeniyetməliyi,
Bunun var yetməyənləri.
Yetmədim, yetə bilmədim.
Nə özümə, nə özgələrə,
Güclü göründüm,
Əzməsinlər deyə,
İçimi yeyə-yeyə
Yaşadım.
Yaşlandım…
25lik bir gəncəm,
Əcələ çatmaq istəyən,
Kimsəyə yetməyən,
Güclü görünən,
Həmin o zəifəm.
25lik bir gənc nə hiss edər?
Gəlin, ey gənclər,
Danışın, mən də bilim.
Gəncliyi sizdən eşidim.
Soruşanda gənclik nədir deyə,
Deməyə sözüm olsun,
Aktyorluq etməyə üzüm olsun…
Axmaq-axmaq ümidlər…
Axı məni neylərlər?
Fərqlidir dəyərlər.
Bir də var,
Mənə verilməyən dəyərlər…
Canınız sağ olsun…
Bu Yazarın Diğer Yazıları (Toplam: 14 adet)
Sevmirəm ki Onu Mən / Bənövşə Mahmudqızı
26 Mayıs 2025
Günlərin Bir Günü / Bənövşə Mahmudqızı
31 Mart 2022
Kamilliyin Sırrı / Bənövşə Mahmudqızı
27 Şubat 2022
Bənövşə / Bənövşə Mahmudqızı
17 Şubat 2022
Özündəki Allah / Bənövşə Mahmudqızı
5 Şubat 2022
Mənim Seçimim / Bənövşə Mahmudqızı
2 Kasım 2020
İki Şiir / Bənövşə Mahmudqızı
16 Ağustos 2020
Son Nəfəsə Dək / Bənövşə Mahmudqızı
24 Temmuz 2020
İki Şair / Bənövşə Mahmudqızı
9 Mayıs 2020
” Arzum Gerçəkləşərkən… ” / Bənövşə Mahmudqızı
28 Şubat 2019
Su Bakışlı Kız / Bənövşə Mahmudqızı
16 Şubat 2019
“Əlim üzülür” / Bənövşə Mahmudqızı
30 Mayıs 2018
Ölüm Qoxusu / Bənövşə Mahmudqızı
11 Şubat 2018
İnanmaq / Bənövşə Mahmudqızı
17 Kasım 2017