İncə-incə toxuduğum naxışlarda
Həzin -həzin düymələnən baxışlarda
Bu son bahar damlalanan yağışlarda
Gözlərinin içindəcə ağla məni.
Həsrət əlin saçlarımda tumarlana
Məhəbbətim varlığından xumarlana,
Qoyma məni sənsizlikdən qubarlanam
Zərrə -zərrə öz içində saxla məni.