Sevgi Adlı Gerçək / Leyla Metin
Gözlərinin qarasında itirmişdim özümü
Geri dönməyə bir cığır bir iz arayışında
məni çox sevdiyini söylədiyi cümlənin zamanını düşünürdüm…
“Yarpaqların ağaclara döndüyü gün səni tərk edəcəyəm” dediyində anlamışdım
Sonsuzluğa uzanan sevginin qollarının ömrümüzdən də uzun olduğunu.
İlahi hardan idi o böyüklükdə ürək
Düşünürdüm ruhumu almaq üçündür o kəlimələr
İlləri arxada qoya qoya
Hər nəfəsdə doya doya yaşadıqca
Boş sözlərdir , yalandır sevgi deyənlərə cavab :
-varmış sevgi adlı yaşanılmış bir gerçək..
Salam Leyla xanım. Uğurlar arzu edirəm sənət yolunda. Yolunuz açığ olsun İnşallah