Sıfır!!! / Nargis İsmayılova
Gedişlər
Eh…
Ən çox gedişlərdən bezir insan
Gizlin,
aşkar gedişlər…
Qara, ağ gedişlər …
Boşver, Olsun!
Bu gün bütün çobanyastıqlarının ləçəkləri bozdur.
Bütün ümidlərin adı “O”…
Bütün eşqlərin adı xəyanət!
Tanrı boz gedişlərdən qorusun…
Mən adına sadəcə sevgi demişdim, ancaq anladım ki, insan ən mükəmməl şəkildə özünü aldadırmış. Özümüzü özümüzdən başqa kim daha yaxşı tanıyır ki?
Mən elə bilirdim, SƏN! Mənə görə sən məni məndən daha yaxşı anlayır, Daha çox sevirdin…
Sevə bilərdin…
Nə?
Çobanyastığı?
Çobanyastığı bəyəm səndən ağıllıdı?
Sevir?!
Sevmir?
Eh… Həmişə belə olub,
Bir ovuc skeptik düşüncə yağmuru…
Bir ovuc vecsizlik sarır beynimi
Keyiyir hər şey…
Əslində hər şey yalandı,
Bəlkə də elə boz da yalandı..
Ən zərif ləçəkləri mən səndə gördüm ey Çobanyastığı?
Bəs küləklər?
Yarpaqların?
Ləçəklərin?
Nədir bu uçsuz-bucaqsız təzadlığın adı?
Bu gün bütün çobanyastıqlarının ləçəkləri bozdur.
Çoban yastığını maraqlandırmır, sevir?
sevmirlər!!
And içirəm ki, sevmirlər!
Görəsən Çobanyastığına nə üçün çobanyastığı deyilib?