DergiZan

Yazı ve Sanat Ülkesi

SalamVətən / Nuranə Təbriz

Salam Vətən!
Salam olsun Şəhidlərin nəfəsiylə
dalğalanan bayrağımdan-
-həsrətini yana-yana çəkdiyimiz torpağıma.
Bu yerlərin arzusuyla, bu dünyadan köçənlərin ruhlarından salam olsun!..

Salam olsun!
Damarlarda axan qanın
ən sonuncu damlasından,
Səmaların mavisindən,
Gecələrin hilalından,
bu torpağa şəhidlərin
can verdiyi halalından.

Salam olsun!
Vətən deyə od içində alovlanan ürəklərdən,
Otuz ildir ərşi tutan diləklərdən.
Canı para qazilərdən,
Oğullardan igidlərdən,
tikanları qanlı olan məftillərdən,
Əngəllərin götrüldüyü keçidlərdən…

Salam olsun
Ağ birçəkli nənələrdən,
Başı qarlı babalardan,
Dağ vüqarlı atalardan,
Gözlərindən yaş sellənən analardan
Qanımızın qisasını alanlardan.

Salam olsun!
-Görüşünə gələnlər var,
qəhrəmanlar gəlib Vətən!
Bilirəm ki gecikmişik …
Bağışla ki,

  • yolumuzu bu qədər çox gözləmisən,
    _Bu yolları gəlmək üçün
    nə bəlalar keçib gəldik,
    Bu illərin girdabından
    göz yaşları içib gəldik.
    Biz qayıtdıq sənə Vətən!
    Biz qayıtdıq yenə Vətən!

Sıx bağrına, dil dodağı Vətən deyə yananları,
Sıx bağrına beşikdəykən ayrı düşən cavanları.
Sıx bağrına görən kimi qolun açıb sənə tərəf qaçanları.
Vətən deyə dünyaya dil açanları…

Bu canımız, bu qanımız
Halal sənə, Halal Vətən!
Ən dözülməz həsrətimiz
və ən şirin Vüsal Vətən!
Şükr edirəm,
-illər sonra ruhumuzun ağrısını bitirənə…
Şükr edirəm,
bizi sənə gətirənə!
Salam Əsgər!
Salam Vətən!

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 3 eseri bulunmaktadır.

Yazarın diğer yazıları