DergiZan

Yazı ve Sanat Ülkesi

İki Şiir / Aysel Nəsirzadə

SƏN DƏ GECİKDİN MƏNƏ

Yenə elə bu gecə,
Özümə ağlamışam.
Hıçqırtım öz içimdə,
Göz yaşıma boğulub…

Səsləşib sükutumla,
Gecənin kor sükutu.
Zülmətin qucağına,
Yeni bir “mən” doğulub.

Fikirlər tikan kimi,
Dəlir, deşir ruhumu.
Çəkilmək bilmir bir an
Gözümün yorğunluğu.

Səhər azan səsilə,
Gözümə gələn yuxu.
Bu nə vaxtın gəlişi?
Sən də gecikdin mənə,
Yuxudan durdu çoxu…

BU DÜNYADA SINAQDAYAM…

Hər dərd mənə bir pay tutur,
Nə vardayam, nə yoxdayam.
Ürəyimdən Allah dərdi
Ala, bir azca toxtayam.

Mənə ucuz bir ölüm də,
Yer verməyir öz elində.
Taleyimin sərt dilində,
Ömür boyu danlaqdayam.

Günlərimi saya-saya ,
Sığdırmışam bir araya.
İmtahanım o dünyaya,
Bu dünyada sınaqdayam.

Həyat uçurum kənarı,
İnsaflının biri barı
Əlindən tutub baharı
Kaş gətirə, sazaqdayam…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 3 eseri bulunmaktadır.

Yazarın diğer yazıları