DergiZan

Yazı ve Sanat Ülkesi

Bənövşə Laçin / Osman Fermanoğlu


Laçın yaylaq-yaylaq tala deyilmiş,
Cin əlində kövrək bir şüşə imiş…
Bəndərgah içində qala deyilmiş,
Kol dibinə sinən bənövşə imiş.

Yeddi kirpi gəlir, kürkləri cırıq,
Kürkü cırıqları kürkə tutarıq…
Özgə ayağında olmuşuq çarıq,
Laçın çarıq bağı, ip-köşə imiş.

Oynadan oynadır bizi xaçında,
Yerbəyer edilib hər şey Laçında:
Kədərli baxışlar qəbir daşında,–
Didərgin ruhlarda əndişə imiş.

Bağlanıb qolumuz yağlı kirişlə,
Urcah edilmişik düzəlməz işə…
Mat-mat boylanırıq gediş- gəlişə,
Gəlib- gedənlər də goreşən imiş…

Osman, yuyulmada çöllərin izi,
Ağı kimi gəlir Aşığın səsi..
Yağır üstümüzə illərin hisi,–
Uduzmaq bizlərə bir peşə imiş.

18 may 2019

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 41 eseri bulunmaktadır.

Yazarın diğer yazıları