Kərbəlayi Ağaəliyə / Bakhtiyar Abbasov

Görkəmim başqadır, dərd libaslıyam,
Şər görüb yolumda saxlatdı məni.
Maraq kamanınıda düşdüm nişana,
Yalanla, fitnəylə oxlatdı məni.
Ağrımı anlayan olmadı həkim,
Məhkumam hər acı, göynərti çəkim.
Şikayət etməyə tapmadım hakim,
Könül zindanına bağlatdı məni.
Daha nəyə gərək o çöl, o çəmən,
Torpaqdan çəkilmir qara duman, çən.
Oğul qəbrinin suyunda çimən
Bir şəhid anası ağlatdı məni.
03.02.2021