DergiZan

Yazı ve Sanat Ülkesi

Sevdim Bu Xoşbəxt Rəqəmi / Terane Arifqızı

Bu bahar bir başqa bahar,
Novruz təzə-tər kimidi.
Qarabağa ayaq qoyan
İğid oğul, ər kimidir

Bu bahar bir başqa bahar,
İçində Qarabağ ətri var,
Azadlıq bayram çöçəsi
Nə gözəl qoğal ətri var.

Bu bahar bir başqa bahar..
Çatılır tonqal Şuşada.
Dərdimizi yandırmışıq,
Çəkilir manqal Şuşada…

Bu bahar bir başda bahar…
Xarıbülbül düzdə açıb.
Kökü Cıdır düzündədir,
Çiçəkləri bizdə açıb…

Bu bahar bir başqa bahar..
Ağ gün doğub yığvalına. (taleyinə)
Məhzun gözlü Ağdamımın
Tələsirəm xoş çağına…

Bu bahar bir başqa bahar..
Çıdırda bayram odu var…
Hər saçılan qığılcımda
Nurüzlü şəhid adı var…

Bu bahar bir başqa bahar…
O gözəl vədə, bu vədə…
Daha hər sözün sonunda
Demirəm, gələn il bu vədə…

Bu bahar bir başqa bahar…
Əsrin adı iyirmi bir.
Bu gün martın iyirmi biri,
İl iki min iyirmi bir…

Bu bahar bir başqa bahar…
Uğurludu bəxt rəqəmi…
Azadlığın rəmzi kimi
Sevdim bu xoşbəxt rəqəmi…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 18 eseri bulunmaktadır.