DergiZan

Yazı ve Sanat Ülkesi

Yolumuz Haqq Yolu / Vəfalə Talıblı

Vur! Əmrini verdi
Ali Baş Komandan
Elimi, obamı
Sardı həyəcan.
Vətən həsrəti ilə yanıb tutuşan
İgidlərin hazır, Can Azərbaycan!

Yolumuz Haqq yolu,
Gücümüz birlik!
Haqqımız olanı alacağıq biz
Hərəkətdə birik, fikirdə birik
Dünyanın gözünü açacağıq biz!

Qorxma, Vətən! Əsgər etdin məni bu yolda
Darda qoymaram mən, bil səni əsla.
Hesab verəcəkdir düşmən sonunda
Zəfər bizimlədir bu Haqq yolunda!

Qarabağ bizimdir, bizim olacaq!
Üç rəngli bayrağım dalğalanacaq!

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 4 eseri bulunmaktadır.