DergiZan

Yazı ve Sanat Ülkesi

Türkə Layiq Döyüş Səhnəsi / Leyla Qasımlı

….Bir top bir boğaz minlərlə düşmən…bir topun arxasında yüzlərlə Türk əsgəri qəhrəman adına yüksəlib şəhid olurdu. Dənizdə düşmən gəmisi üzür, tək borusu çöldən görünür. Düşmən səni öldürməyə yurdunu almağa, səni əsir götürməyə gəlirdi. Sən onu öldürməsən o səni öldürəcək. Meydan daralır həyat və ölüm arasında aslana dönən paşa topçu əsgərə əmr edir.

   –Vur! Atəş!

    Çətin çeşməçeşli və şərəfli yolu seçən, hərbi sirləri mükəmməl öyrənən igidin qoluna qüvvət gəldi. Topun dilini bilən hərbi texnikadan istifadə etməyi bacaran bir əsgər kimi düşməndən qisas almaq, düşməni torpaqlarından qovmaq, Türkiyəni azad görmək onun məqsədi idi. Hamını heyrətdə qoyan adı dillərdə dastan olan topçu Seyid Onbaşı aslan kimi döyüşə atıldı. 273 kq mərmini top kimi qaldırıb oynatdı. Silah yoldaşı Əli ilə birlikdə mərmini topun lüləsinə yerləşdirdi. Çaxmaq çəkildi, yaylım atəşi açıldı. Top nərildədi qulaqbatırıcı gurultu qopdu, qara tüstü qalxdı, mərmi quş kimi uçdu, uça-uça düz hədəfə düşdü. Dəniz yarıldı sular dağıldı, dalğalar şahə qalxdı, çalxalandı, titrədi, qabardı. Sular ləngərləndi, sonra mərmi gəmini dənizin dərinliyinə götürüb apardı.Tur dağına sel dalğa vurdu. Düşmən seldisə türk milləti dağdı.Qanlı vuruşmada torpaqlarlarının azadlığı uğrunda türk xalqı tək döyüşdü. Xalqa bəla kəsilən düşməni aslanlar yendi. Türk xalqı bütün dünyaya sübut etdi ki, vətən onlara canlarından da əzizdir. Milyonlarla türk əsgəri öz qanı bahasına qələbəni qazandılar. Hədsiz dərəcədə qürurlnan  paşalar Seyidi öyür:

  -Bu qola bu topa eşq olsun!Vuran qolun var olsun!

  Düşmən əsgərləri təslim olaraq ələrini göyə qaldırır.  Adını tarixin şanlı səhifəsinə yazdıran cəngavər Seyid Onbaşı deyir:

-Gəldiyiniz yolla geri qayıdın. Öz başçınıza da deyin ki, bir də bizim torpaqlarımıza qoşun göndərməyə cürət etməsin…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.