DergiZan

Yazı ve Sanat Ülkesi

Gözəl Şuşam / Vəfalə Talıblı

Titrəyirmi için?
Ağlayırsanmı için için?
İgidlərin can verdilər
Sənin üçün…
Şərəf yolunu seçdilər
Vətən üçün…
Gözəl Şuşam!
Qayıtdımı doğma nəfəslər
Qırıldımı, söküldümü səni boğan qəfəslər?
Doya doya içinə çəkdinmi təmizlənmiş havanı
Müjdələdinmi Xan qızı Natavanı?
Artıq başını dik tut,
Dağılsın çöhrəndəki bulut!
Həsrət bitdi, gözəl Şuşam!
Bu gün sevincdən ağlamışam…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 4 eseri bulunmaktadır.