Ruhum Aparan Qadin / Mirisgəndər Məlikoğlu
Gülməyi arzu etdi,
Kədəri ayaq üstə alqışlayan adama.
xoşbəxt ol dedi, getdi..
Yuxusunu bəxtinə bağışlayan adama.
daha salamı kəsdi,
Çox gördü nəfəsinə bir necəsən sözünü.
bildi bu söz əbəsdi.
Necə hissedəbilər ruhsuz adam özünü.
beləcə atdı qadın,
Çıxtığı yoldan geri qayıtmayan adamı.
çox tez unutdu qadın.
Ölüncə öz əhdini unutmayan adamı..