DergiZan

Yazı ve Sanat Ülkesi

Mən Özümü Axtarıram / Ayxan Hüseynli

Mən özümü axtarıram,
Sınmış qəlblər arasında,
düşüb qalxan,
Mübarizə aparanlar sırasında.

Mən özümü axtarıram
Payızın son baharında
Qismətimə süzüb gələn,
lal bulağın axarında.

Mən özümü axtarıram
Dünyanın hər bucağında,
Dəstə-dəstə qalaqlanıb,
alovlanan
həyatın gur ocağında.

Mən bəxtimi axtarıram
Şanssızların,
şansı olan anlarında.
Tale, qismət qoşalaşıb,
məndə qoşa yanlarında.

Mən bəxtimi axtarıram
Ürəyimdə səssiz yatan,
xəyalımın sorağında.
Mən bəxtimi axtarıram
İnsanların mənə baxıb,
mənə qarşı düşündüyü,
fikirlərin marağında.

Mən sevgimi axtarıram
Sevginin hər pilləsində,
düşüb qalxan, gedib gələn,
hisslərin hər cilvəsində.
Mən sevgimi axtarıram
Həvəslərin yaddan çıxan
həvəsində.

Məqsədlərin unudulmuş
məqsədində.
Mən sevgimi axtarıram
Xoşbəxtliyə
qaçanların yollarında,
İtirilmiş səadətin
tapilmayan qollarında.

Mən sevgimi axtarıram
İnsanların arasında,
İnamın tən ortasında,
Sarsılmayan, dağılmayan
Möhkəm güvən qalasında.
Mən sevgimi axtarıram
Sızlayan qəlb ağrısında.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 3 eseri bulunmaktadır.