DergiZan

Yazı ve Sanat Ülkesi

Oğlum / Arzu Göytürk

Dar günündə sənə dayaq olmayan
Yaltaqdan, yalağdan uzaq dur oğlum.
Haramla tikilən yurd abad olmaz
Özünə zəhmətdən yuva qur oğlum.

Yaman gündə dönüb bax ətrafına
Görəcəksən yoxdur nə dost, nə tanış.
Söz ağızdan çıxdı səninki deyil.
Yüz ölçüb bir biçib sonra söz danış.

Görsən ki yıxılıb, batır düşmənin,
Qaldır, yıxılandan öc almaz adam.
Kiməsə baş əymə şan-şöhrət üçün,
Əyilə-əyilə ucalmaz adam.

Bu yazıyı paylaş:

2 thoughts on “Oğlum / Arzu Göytürk

Natiq Nəcəfzadə için bir cevap yazın Cevabı iptal et

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 3 eseri bulunmaktadır.

Yazarın diğer yazıları