DergiZan

Yazı ve Sanat Ülkesi

İki Şiir / Aysel Xanlarqizi Safarli

I.

Xatirələr kirlənmişdi o gecə,
Yudum, yudum, kirpiklərimdən asdım.
Yad əllərdə isitdiyin əlini,
Köz eləyib əllərimə dağ basdım.
Mən ovcumda öləcəkdim,
sən gəldin…

Bir uçqunda dağıntılar altından,
Ölməmişdim, yaralanıb çıxmışdım.
Bir gecədə əllərinin tumarı,
Boya kimi saçlarımdan axmışdı…
Mən saçımdan öləcəkdim,
sən gəldin…

Gözlərimdə qayıq oldu həsrətin,
Boğulanda tutub çıxdım naəlac.
Bu dünyanın hər nəyinə tox ruhum,
Təkcə sənin saf eşqinə acdı, ac,
Mən acından öləcəkdim,
sən gəldin…

Ürəyimə gün doğmadı bir dəfə,
Ömür keçdi gecə kimi qoynumda…
Unutmağa güc yığırdım içimdə,
Soyunurdum bu sevgini əynimdən.
Mən gücümdən öləcəkdim,
sən gəldin…
Son şeirimi son nəfəs tək, yazmamış,
Söz içində öləcəkdim,
sən gəldin…

II.

Neçə sabaha qarışıb,
Neçə dünəndən keçdim.
Neçə buludun xətrinə,
Neçə çəməndən keçdim.

Darıxan göyə ağladım,
Solmuş çiçəyə ağladım.
Axmaq ürəyə ağladım,
Gəlib sinəndən keçdim.

Kədəri çiynimə aldım,
Yaxınlaşdıqca qovruldum.
Qolların məndən yoruldu,
Qatı dumandan keçdim.

Ağrıyıb şeirə döndüm,
Saçımda tumarın sındı.
Sən aldatdın ,mən inandım,
Ruhum bədəndən keçdi…

Yalansız eşqə darıxdım,
Güvən ah tək candan çıxdı.
Orda bir az mən buraxdım,
Az öncə səndən keçdim…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 2 eseri bulunmaktadır.

Yazarın diğer yazıları