Kitabları Ümidlə Açıb Qazancla Örtün.. / Vəfalə Talıblı
Uşaqlar niyə az oxuyurlar? Uşaqlarımıza kitabları, ədəbiyyatı necə sevdirə bilərik? Uşaqlarımızın söz ehtiyatını necə zənginləşdirə bilərik? Bu və bu kimi suallar sizi düşündürürsə, biln ki bunun ancaq bir çarəsi də özümüzdədir. Biz oxuyuruq mu? Biz kitapları, ədəbiyyatı sevirikmi? Bizim söz ehtiyatımız zəngindir mi? Çünkü artıq isbatlanmış bir teoridir ki, uşaqlarımız bizlərin dediyimizi deyil, etdiyimizi edirlər. Körpə yaşlarından valideyninin əlində kitab görən övaldın təbii ki kitaba da marağı artacaqdır.
Əvvəl özümüz ədəbiyyatımızla tanış olmalıyıq ki, övladlarımızı da tanış edə bilək, onların xəyal dünyasında qurduğu suallara cavab verə bilək Uşaqlarımıza kiçik yaşlarından başlayaraq kitap oxumalıyıq. Bu onların həm xəyal dünyasına, həm da söz ehtiyatına müsbət təsir göstərəcəkdir. Söz ehtiyatı olmayan uşaq özünə güvənən və özünü ən gözəl şəkildə ifadə edən, xəyal dünyası geniş olan uşaq isə gələcəkdə daha yaradıcı olandır.
Uşaqlarımızı dünya klassikləri ilə də, yerli klassik ədəbiyyatımızla da tanış etməliyk. Süleyman Sani Axundov, Firidun bəy Köçərli, Abbas Səhhət, Mirzə Ələkbər Sabir, Abbas Səhhət, Seyid Əzim Şirvan, Mirzə Fətəli Axundov, Gülten Dayıoğlu, Aziz Sivaslıoğlu, Samet Behrengi, Jose Mauro de Vasconcelos, Jules Verne, Lev Tolstoy, A.Puşkin və bir sıra başqa yazıçıların əsərlərını oxumalı və oxutmalıyıq.
Və bütün bunlarla bərabər uşaqlarımıza kitabları sevdirmək üçün evimizi kitabsız buraxmamalıyıq. Kiçik yaşlarından kitabları əllərının çata biləcəyi yerlərə qoymalı, ona toxunmalarına, kitabla bağ qurmasına şərait yaratmalıyıq. Hər uşağın otağında mütləq kitab rəfi olmalıdır.
Və uşaqlarımıza sevdiyi janrda kitablar almaya diqqət etməliyik. Əgər sevmədiyi janrı alsanız və məcbur etseniz ki, mütləq bu oxunmalıdır, nəzərə alın ki, bu onda inadlaşmaya səbəb olacaqdır Ən yaxşısı kitab mağazasına onunla bir yerdə gedərək oxuyacaqları kitabları özünün seçməsinə icazə verin.
Gənclərimizi kitabla bəslənməyə dəvət edir, kitabları ümidlə açıb qazancla örtmələrini diləyirəm..
Kitab oxumağın nə qədər keyif verən bir icra olduğunu hiss edin və hiss etdirin.