Gələn Gedərdə / Xalide Abdullayeva
Ayrilig zamani nə cətin olur,
Axi bu sevenler ayrilir necə?
Gündüz ayrılırıq yenə birtəhər,
Yaman çətin olur ayrilmaq gece.
Sixma ürəyini, ay ömrüm mənim,
Olmasin gozünde heç vaxt qem, keder.
Düşünme, ayrılıq asan olacaq,
Vallah, dözəcəyəm mən də birtəhər.
Darixsan, səsin də heç tutrəməsin,
Sixmasin boğazı acı kəlmələr.
Axı hər gedişin bir dönüşü var,
Gedən dönəcəkdir,əlbət, bir səhər.
Bilirem, ayrilig üzecek seni,
Cetin alişarsan sən belə dərdə.
Olmasam, əhvalın qoy pozulmasın,
Üzülmə, bir dənəm, gələn gedər də.