Gənc Vətənpərvər Yazar – Leyla Mətin Haqqında
Şahin Musaoğlu :
” Leyla Mətin yaradıcılığı ilə dövrü mətbuatdan tanımışam. İlk tanışlıqdan imzası diqqətimi çəkib.O nədən yazırsa yazsın mövzuya uyğun araşdırmaları, tədqiqatları, janra xas olan manevrləri, təhkiyə seçimi,fabula yaratmaq cəhdi önə keçib. Şairin bədii yaradıcılığının ümumi məğzini məzmun və leytmativini bir- birindən ayırmadan ,bir-birini tamamlayan “Ana” ,”Vətənim” sevgisi xalqına,torpağına can – qəlbdən bağlılığı ilə elə harmoniya təşkil edir ki,”Ana” deyəndə – “Vətənim” , “Vətənim” deyəndə “Ana”dediyimiz hər iki müqəddəslər sözün əsil və tam mənası ilə üst-üstə düşür.
Onun “Azərbaycan”, “Xocalını”, “Şəhid 20Yanvar gecəsi”, “Ağdam”, “Əsgər”, “Əsgər məktubu”, “Sarıkamış Şehitlerinin hatırasına”, “Qəhrəman”, “Gedirik Qarabağa”…. vətənpərvərlik şeirləri bir tərəfdən hərbçilərimizin: əsgər və zabitlərimizin digər tərəfdən isə gənc nəsil və gəncliyimizin mənəvi, mənəvi psixoloji hazırlığında onlara ruh yüksəkliyi verərək, xalq və dövlət birliyinə xidmət etmək kimi önəmi olan həyatı ruha köklənmişdir.
Şeirləri həm yerli, həm də qardaş Türkiyə’nin sərgilərində yer alan şair, “Vətənpərvər məktəblilər” sosial layihəsilə çalışqanlıq və məhsuldarlıq nümayiş etdirir. Onun üçün mütəmadi olaraq diplom və fəxri fərmanlarla layiq görülür.
“Ürəkdən bir damla” və “Ömrə sığmayan arzular” adlı kitabların müəllifi olan Leyla Mətin düşünürəm ki, hər iki poeziya nümunəsində diriliyin, ümidin, sevgi və inamın həyat mənbəyi kimi vəhdətinə nail ola bilmişdir. Məhz bu güclü, yenilməz inam oxucunu inandırır, onu qəhrəmanlığa, rəşadət və cəsarətə ilhamlandırır.
Şairin yaradıcılıq çabalarını: çağırışları, ricətləri hətta kədərli pıçıltılarını belə həssas oxucu hiss edir və duyaraq yeni şeirlərini həvəslə gözləyirlər.
Gənc yazarın uğurlarının davamlı olması arzusuyla. “
Nəcibə İlkin:
“ Ədəbiyyata son illər qədəm qoyan istedadlı gənclərdəndi Leyla Mətin.
Leyla Mətinin imzasını çoxdan izləyirəm. Onun poeziyasının əsas mövzusu vətənpərvərlik duyğularının, şəhidlərin ölməzliyinin, qəhrəman döyüşçülərimizin , həmçinin ləyaqətli insan şəxsiyyətinin səmimi və obrazlı təbliğidir .
Şairin şeirləri poetika, obrazlı düşüncə baxımından maraq doğurur. Səmimi ahəngdarlığı, rəvanlığı ilə seçilən şeirləri vətəndaşlıq möhürü ilə təsdiqlənir. Leyla Mətinin yazar kimi fərdi yaradıcılıq menerasını səciyyələndirən önəmli xüsusiyyət onun vətəndaşlıq qayəsinin səmimiyyəti və dolğunluğudur.Müxtəlif mövzularda yazılan şeirlərini həyat hadisələrinə baxış, xeyirxahlıq duyğularınnın təbliği,saf sevgi kimi amillər birləşdirir.Bütün bu məziyyətləri yazarın sözə məsuliyyətlə yanaşmasının nəticəsi olmaqla bərabər,həm də sənətə həvəslə yiyələnməsinə zəmanət verir.
Şairin ədəbi uğurunu şərtləndirən cəhətlərdən biri də onun qələmə aldığı mövzuların mahiyyətinə dərindən Vaqif olmasıdır. Onun şeirlərində yalnız milli ağrılarımız göstərilmir,həm də bu bəlaları doğuran səbəblər bədii sənət güzgüsündə işıqlandırılır.Leyla Mətinin poetik nümunələrində Vətən,insan ,təbiət və zamanla bağlı fikir və düşüncələr təqdim olunan mühüm tərkib hissəsi kimi üzə çıxır.
Hünər göstərərək vətən eşqiylə
Canını torpağa qurban eylədi
Ən uca zirvəyə ucaldıb adın
Dillərdə adını dastan elədi.
Bir nəfəs kəsildi, bir can əskikdir
Min kərə ucaldı vətənin başı
Bir şəhid məzarı min xatirəsi
Nələr görməyibdir Vətənndaşı.
Vətən sevgisi , yurd məhəbbəti onun yaradıcılıq kredosunun əsasını təşkil edir. Özünəməxsus obrazlar yaratmaq bacarığı , sözü yerində və ustalıqla işlətmək məharəti,həmçinin sadə deyimlə zəngin poetik məna ifadə edə bilməsi istedadlı şair olmasını əyaniləşdirir.
Yazdığı şeirlər mənəvi aləminin bədii təsvir vasitəsi olaraq hər bir oxucunu özündə saxlamağı bacarır. Xüsusən azyaşlıların sevimli müəllifi olaraq onlara vətənsevgisini aşılayır. Gənc şairə gələcək işlərində uğurlar arzu edirəm. “
Balayar Sadiq:
“ Leyla Mətin səmimi və lirik ovqatı ilə seçilən şairdir. Poetiknümunələri ilə çoxdan tanışam və imzasını həmişə izləyirəm.
Onun şeirlərində əxlaqi-mənəvi mövzularlirik qəhrəmanın hiss və həyəcanlar nə, duyğu və düşüncələrini əks etdirməklə yanaşı, həmçinin şeirin estetik prinsiplərini də əyaniləşdirir. Lrik qəhrəmanın məhəbbət sevgi axtarışları, onun imtahanlardan, emosional sarsıntılardan keçən və Lənkəran insani keyfiyyətlərinin təsdiqini, həm də şeirlərin məzmun və mündəricəsini təşkil edir. Lirik qəhrəmanın daxili aləminin ,sevgi hisslərinin,məhəbbət iztirablarının ifadəsi onun söz palitrasında yeni rənglər, yeni çalarlarla üzə çıxır.
De hara gedirsən ,hara gedirsən
Əlini ovcumdan ayırıb belə.
Məni tənha qoyub ,məni tək qoyub
Canımı canından sıyırıb belə.
Və yaxud
Rəsmin gəlir göz önünə
Gizli-gizli izləyirəm
Yana-yana bu sevgimi
Ürəyimdə gözləyirəm.
Şair ruhunun güzgüsü lirikadır. Çox zaman bu lirik nümunələr qələm sahibinin həyat və cəmiyyət haqqında düşüncələri, fərdi xarakteri, həmçinin şəxsiyyət barədə dolğun təəssürat yaratmağa imkan verir. Lirik əsərlər obyektiv gerçəklik haqqında şair duyğularının obrazlı ehtivasıdır. Unutmaq lazım deyil ki, şeirin, bütövlükdə lirik əsərlərinbədii sanbalını təmin edən başlıca amillərdən ən önəmlisi səmimiyyətdir.
Bu mənada Leyla Mətinin yaradıcılığı öz səmimi poetikası ilə maraq doğurur. Onun şeirdən-şeirə püzşxtələşməsi, yaradıcılığındakı forma və məzmun rəvanlığı, poetik imkanlarının getdikcə zənginləşməsi diqqətdən yayınmır.
Leyla Mətinin yaradıcılığındakı lirik qəhrəmanın vətəndaşlıq mövqeyi, yurdsevərliyi, fəallığı mühüm önəm daşıyır. Onun poetik nümunələrində təqdim olunan haqq-ədalət sevgisi , vətən məhəbbəti,inam və xeyirxahlıq duyğuları,həmçinin vətənin qəhrəman oğullarına- şəhidlərə böyük ehtiram, bütövlükdə,onun vətəndaş şair obrazının ehtivasıdır. Poeziyamızda gələcəkdə də mühüm yer tutacağı dan əminəm. Yaradıcılıq uğurları arzu edirəm.“