DergiZan

Yazı ve Sanat Ülkesi

Özündəki Allah / Bənövşə Mahmudqızı

Ey insan, sən məni anla,
Sonra da danla.
Min şey gətirirsən,
Balaca ağıla,
Yaxşı düşünmə aman,
Hər zaman düşün yaman.
İşdir yaxşı düşünsən,
Şeytan ağlar,
Dünya dağılar…
Son nəfəsdə bilirsən ki,
Allah var.
Ancaq gəzib, əylənəndə,
Lağ edirsən, “harda var?”
İnsanlığı unudursan,
Allahı unutmayasan?
İnsanlığı elə et ki,
Sonradan utanmayasan.
Sən məni anla,
Sonra da danla.
Amandır, qınama!
Sevdiyini sınama.
Böyük-böyük danışıb,
Pislikləri çağırma,
Sonralar da
Əzablardan çığırma.
Özünü görəcəksən,
Sən onda biləcəksən,
Soruşduğun “harda var?”
Unutduğun özündə,
Özündə bir Allah var!

Bu yazıyı paylaş:

One thought on “Özündəki Allah / Bənövşə Mahmudqızı

Qafur için bir cevap yazın Cevabı iptal et

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 14 eseri bulunmaktadır.