DergiZan

Yazı ve Sanat Ülkesi

Bənövşə / Bənövşə Mahmudqızı

Üzr istəyirəm…
Amma
ən çox anlaşılmaq idi
İstəyim.
Alovlanıb, alışmaq oldu
Qismətim.
İsmətim…
Çalışdım qorumağa,
Dözdüm yorulmağa.
Halbuki, mən yenə
Düz idim,
Dürüst idim.
Əslində, həm də küs idim,
İncik idim.
Adım düzgün qoyulub,
Bənövşə…
Boynubükük, incik, incə.
Tikanlarım düzlük oldu,
Adım düzgün qoyuldu,
Bənövşə…
İçdən ağlayan,
İçdən çağlayan,
Həmişə…
Üzr istəyirəm.
Dönə bilmirəm,
Dönə bilmərəm.
Sevdiyim düzlük,
Sevgim dürüstlük,
Eşqim Allah imiş.
O məni şair etmiş,
Şairlər anlar yazanda,
Əzablar ruhlarını
qəbir kimi qazanda,
Mən də anladım.
Uşaqlara həsrətlə baxan,
Uşaqsız anayam mən.
Yarama daş basdım,
deyirlər ha…
Daş deyil, qayayam mən.
Ağla gülüm, həmişə,
Adına yaraşır, Bənövşə…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 14 eseri bulunmaktadır.