Ümidin Gözləri / Ülkər Nicatlı
Qaranlığın üzünə
bəyaz misralar kimi
yazdım göz yaşlarımı…
Gecə üfüqlərin qəlbi
sıxılmasın deyə
dan yerindən asdım
baxışlarımı.
Xəfifcə misralarımın
alnından öpdüm,
anamın duaları
diksindi…
Ayrılığın qulağına
Adını pıçıldadım,
dodaqlarım isindi.
Sənsizliyi
yetim uşaq kimi
sıxdım köksümə.
Və umidin
öpdüm gözlərindən…