DergiZan

Yazı ve Sanat Ülkesi

Xocalı Soyqırımı / Leyla Mətin

Xocalı soyqırımı — 1992-ci il fevralın 25-dən 26-na keçən gecə Ermənistan Silahlı Qüvvələri tərəfindən Rusiyanın 366-cı motoatıcı alayının iştirakı ilə Xocalı şəhərini işğal edərkən, etnik azərbaycanlılara qarşı baş vermiş soyqırımdır
Xocalı soyqırımı nəticəsində 63-ü uşaq, 106-sı qadın, 70-i qoca və qarı olmaqla, 613 Xocalı sakini qətlə yetirilib, 8 ailə tamamilə məhv edilib, 25 uşaq hər iki valideynini, 130 uşaq valideynlərindən birini itirib. Düşmən gülləsindən 76-sı uşaq olmaqla, 487 nəfər yaralanıb. 1275 nəfər əsir götürülüb. Əsir götürülənlərdən 150 nəfərinin, o cümlədən 68 qadın və 26 uşağın taleyi bu günədək məlum deyil.

O qarlı şaxtalı müsibət dolu
Gecəni hələ də unutmamışıq.
Körpə harayına yetə bilməyən
Çarəsiz ananı unutmamışıq.

Nə əzab əziyyət çəkdi körpələr
Bədənlər ayrıldı bir neçə yerə
Qaranlıq gecədə ay yumdu gözün
Şahidlik etmədi bu vəhşiliyə.

Ağaclar budaqlar nalə çəkdilər
Daşlar qan gördükcə dəhşətə gəldi.
Çığrıqlar qulağı batırdı , əfsus
Düşmən çox qəddardı insaf etmədi

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 20 eseri bulunmaktadır.