DergiZan

Yazı ve Sanat Ülkesi

Dilək / Leyla Mətin

Ürək məndən üz döndərib
Elə billəm darıxmışam
Nə bilim ki həzin-həzin
Mən sevgiyə yoluxmuşam.

Küçə küçə ətrini mən
Hər çiçəkdə aramışam.
Gül-çiçək də bəhanədi
Yar, mən səni axtarmışam.

Çəkilibdi yuxum ərşə
Neçə vaxtdır yatmamışam
Bir sən adlı diləyim var
Başqa dilək tutmamışam.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 20 eseri bulunmaktadır.