DergiZan

Yazı ve Sanat Ülkesi

Həsrət Qoxusu / Fergana Yusufqızı

Görəsən pəncərəmdə
Hansı fəsildi indi?
Nə fərqi var,
fəsillər
Yenə həsrət qoxuyur.
Havanin istisi də
Ayazı, sərini də
Sənin havanı çalır,
Ayrılıqdan oxuyur.

Dərdlərimin içində
Təzə dərdlər cücərib.
Hər budağı sən adda
Hər yarpağı sevgimiz.
Yoxsan,
dərbədər gəzir
yollarında gözlərim
Sevdalar məskənidi
Bizim görüş yerimiz..

Deyəsən külək əsir
Bağlayım pəncərəni.
Açıq qalsa bilirəm
Üşüyəcək şerimiz…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 17 eseri bulunmaktadır.