İki Şiir / Ruhəngiz Əliyeva

Bayatılar
Zəngəzurda dağ ollam,
Göz dağlayan dağ ollam.
Gücüm cata bilməsə
Bir ovuc toropaq ollam.
Dilimizdə agılar,
Dedik kədər dagılar,
Zəngəzurdan cəkməyib
Əllərini yagılar.
Düşmən arana catdı,
Elimə güllə atdı,
Kimə bel bağladıqsa,
Torpagımızı satdı.
Yamanca dara düşdü,
Covğuna qara düşdü,
Zəngəzurda el obam,
Qurulan tora düşdü.
Vətən sevgisi sönməz,
Onsuz üzümüz gülməz,
Zəngəzuru əlimdən,
Heç kim qopara bilməz.
Zəngəzur
Od yurdumun sonasıdı, Zəngəzur !
Gözlərimin qarasıdı, Zəngəzur!
Dünya bilir Azərbaycan elinin
Qədim tarix qalasıdır, Zəngəzur!
Sinəmizdə göynərtidir, Zəngəzur,
Bu torpagın ziynətidir, Zəngəzur!
Kimsə ona göz dikməsin qoy bilsin
İgidimin and yeridir, Zəngəzur!
Anamızın laylasıdır, Zəngəzur!
Gözəlliyin sonasıdır, Zəngəzur,
Ata yurdum, ata andım müqəddəs
Ulu türkün haqq səsidir, Zəngəzur!
Runengiz Aliyeva
Azərbaycn yazıcılar Birliyinin üzvü
Pedaqogika üzrə fəlsəfə doktoru
Yazıçı