DergiZan

Yazı ve Sanat Ülkesi

İki Zəlzələ Şəiri / Ələddin Əzimli

BİR UŞAQ VƏ BİR NEÇƏ AN

Türkiyə.
İki min iyimi üçün
altı fevralı.
Gecə saat üç-dörd.
Döyür qapıları,
dayanmadan döyür dərd.

Yuxuda diksinən, ağriyan,
buna rəğmən
ağlayan uşaq
səsləyir anasını:
–Ana, qapını kimsə açır,
bəlkə yad adamdır, bağla qapını.
Anadan səs-səmir yox,
hər yer qatı qaranlıq.
Hələ də
nə baş verdiyini anlamır uşaq.
Yenə də səsləyir anasını
qorxudan qışqiraraq.

Get-gedə ağrılar
sıxır canını, ürəyini.
–Ana, hardasan,
eşitmirsən məni?
Cavab yox.
Yalnız xirçıltl,
uğultu səsləri eşidir uşaq,
yavaş-yavaş,
asta-asta bayılaraq…

09.02.2023
Saat: 19:34

DƏNİZ

Dəniz də
qaçmaq, can qurtarmaq istəyir zəlzələdən,
köpürür, qabarır
nə as, nə çox,
iki yüz metr.
Sığmır məcrasına sular,
bir nağıl macərasına bənzəyir
baş verənlər, olanlar.
Tükəndirir səbrini dənizin
uçqunlar, torpaq altda qalanlar.
Fəlakət
sən demə, birdən gəlirmiş,
uzaqdan, əl yetməzdən yox,
üstündə dayandığın
yerin təkindən,
dərinliyindən, dibindən gəlirmiş.
Dəniz
yumaq istəyirmiş
torpağa tökülən qanları.
Xilas etmək istəyirmiş, bəlkə də,
körpəni, qocani, cavanı.
Basaraq ağuşuna
qoparmaq istəyirmiş
fəlakətin çəngindən insanları.
Bir zaman İskəndərunda
Türkə hizmət edən dəniz,
yenə də çəkilir məkanına.
Tökür acı göz yaşlarını
masmavi məcrasına
hıçqıra-hıçqıra dəniz.
Anlayaq onu da, qardaşlar,
çünki,
o da bizim sıradan bir nəfərimiz…

  1. 2023.
    Saat: 14:54
Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 5 eseri bulunmaktadır.