Azərbaycan Nəsrinin Detektiv Janri ve Elbrus Kəlbiyev / Ülker Nicatlı
Elbrus Kəlbiyev, Azərbaycan nəsrinin detektiv janrinin ən yaxşı ənənələrini özündə yaşadan, öz yaradıcılığı ilə onu daha da zənginləşdirən, inkişaf etdirən yazicidır. Onun yaradıcılığının ruhu doğma torpaqdan, vətənin suyu və havası ilə yoğrulduğundandır ki, oxucular onu istedadlı detektiv yazıçı kimi taniyir, əsərlərini sevə-sevə oxuyur. Detektiv janrda qələmini uğurla sınaqdan keçirmiş, dəyərli ədəbi nümunələr yaratmağa müvəffəq olmuşdur. İlk mətbu hekayəsindən, ilk kitabından oxucuların qəlbinə yol tapan E.Kəlbiyev öz üslubunu müəyyənləşdirmiş, müasir nəsrimizde parlaq bir səhifə açaraq mədəniyyət xəzinəmizi xeyli zənginləşdirmişdir.
O, daha çox öz müasirinin xarakterini açmağa, onun cəmiyyətdəki mövqeyini göstərməyə imkan verən mövzuların işlənilməsinə cəhd edir. Müasirlik E.Kəlbiyevin yaradıcılığının başlıca sənət məziyyətlərindəndir.
Bu cür bədii təsvir həyatın dialektikasını daha dərindən duymaq və əks etdirməklə nəticələnir. Məlum həqiqətdir ki, ziddiyyət, əks qütblərin qarşılaşdırılması və mübarizəsi bədii əsərdə dramatizmin hərəkət mənbəyidir.
Elbrus Kəlbiyevin nəsrində həyatın kəskin dramatik hadisələrinin güclü bədii əks-sedasi movcuddur.
Nəsrin dramatizmini səhnə dilinə çevirmək üçün Elbrus Kəlbiyev, sözün həqiqi mənasında, yaradıcılıq axtarışları aparmış, detektiv janrın telebine uyğun olaraq romanda tesvir olunan hadisələri vahid konflikt ətrafında birləşdirmiş, əsas hadisəni qəhrəmanların xarakterində və mübarizəsində verməyə çalışmışdır. Əlbəttə, janr çevrilməsində müəllif bir çox çətinliklərlə üzləşmiş, lakin əsərin səhnə, ekran həyatı, tamaşaçıların güclü reaksiyası sübut edir ki, Elbrus Kəlbiyev bir yazici kimi məqsədinə nail olmuşdur. Onun nəsrinin janr müəyyənliyi dramatik psixoloji üslubda müəyyənləşir.
Bədii ədəbiyyatda həyatdan gələn varislik, irsiyyət qanunauyğunluğu mövcuddur. E.Kəlbiyev ənənə və varislik prinsipinə sadiq qalan, orijinallığa güclü meyl edən yazıçılardandır. Onun ədəbi-bədii yaradıcılığı təsdiqləyir ki, qazanılmış təcrübələr yeni nailiyyətlər üçün münbit zəminə çevrilir. O, bu münbit zəmin üzərində ucalaraq dünya ədəbi təcrübəsindən də yararlanır.
Elbrus Kəlbiyev dünyanın ən məşhur detektiv yazıçılarından olan Çingiz Abdullayevə yaradıcılıq baxımından daha çox bağlanır.