Darıxmaq / Fərqanə Yusifqızı

Darıxmaq nədir,
deyim?
Hisslərin ən zalımı.
Bir anda havalanıb,
Küçələrə düşməkdi.
Gözünü uzun müddət,
Məchulluğa zilləmək.
Sonra,
dərbədər gəzib,
Zülüm-zülüm inləmək.
Darıxmaq,
inan bəzən,
Əllərini unutmaq.
Yaddaşın qan gölündə,
Boğulmaqdı məsələn.
Günəş işıq saçsa da
Başına yağar dolu,
Gedərsən evə sarı,
Azarsan amma yolu.
Darıxmaq nədir,
deyim?
Darıxmaq eyni ada
Təkrar-təkrar dönməkdi.
Hər gün nəfəs alsan da,
Təkrar-təkrar ölməkdi..
Bu Yazarın Diğer Yazıları (Toplam: 16 adet)
Həsrət Qoxusu / Fergana Yusufqızı
25 Eylül 2022
Vatan Sağolsun / Fargana Yusufkızı
19 Aralık 2020
Yağış Yağar / Fergana Yusufqızı
9 Mayıs 2020
Bu Gecə / Fərqanə Yusifqızı
17 Nisan 2020
Uzaqların Adamı / Fərqanə Yusifqızı
3 Şubat 2020
Könlüm / Fergana Yusufqızı
10 Aralık 2019
Bu Payız da Tənhayam / Fergana Yusufqızı
15 Ekim 2019
Yuxuma Gəl / Fergana Yusufqızı
23 Eylül 2019
Şeir Qadın / Fergana Yusufqızı
13 Eylül 2019
Sənsizləmışəm / Fergana Yusufqızı
2 Eylül 2019
Səninlə Görüşən Gün / Fergana Yusufqızı
24 Mart 2019
Gedirəm / Fergana Yusufqızı
19 Şubat 2019
Yanına Gələcəm / Fergana Yusufqızı
8 Şubat 2019
Məktub / Fergana Yusufqızı
27 Ocak 2019
Səninlə Görüşən Gün / Fergana Yusufqızı
16 Ocak 2019
Bu şəhər / Fergana Yusufqızı
25 Aralık 2018