DergiZan

Yazı ve Sanat Ülkesi

Mən Qərib Diyarın Qərib Sakini / Xalide Abdullayeva

İsinmir otağım ,isinmir odam,
Özüm özlüyümə qəribəm yadam.
Kimliyim kimsəyə bəllidir adam-
Mən qərib diyarın qərib sakini.!

Zümzüməm vətəndir dilimdəki ney,
Təsəlli tapıram xəyallarda hey,
Nə edə biləydim, nə biləydim ey…
Mən qərib diyarın qərib sakini..!

Nə arzu arzudu,boş bir diləkdi,
Sonradan ahu vay nəyə gərəkdi
Pəncərəmi döyən təkcə küləkdi,
Mən qərib diyarın qərib sakini.!

Əlim çatmayır ki qohuma yada,
Ömür öz nəfsimlə gedibdi bada,
Yazarsız bu sözu məzar daşımda,
Mən qərib diyarın qərib sakini.!

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 8 eseri bulunmaktadır.