Günəş, Ay və Göy/ Aleddin Azimli

Uzanmışam çəmənlikdə
arxası üstə,
gözlərim dikilib göyə.
Göyün rəngi
çöküb gözlərimə.
Göylər
min illərdi eyni rəngdə,
çalardadır,-
deyənlər də var.
Amma
açıq-aydın seyr edirəm
tez-tez dəyişən səmavi rəngləri,
dünyanın qəribə ahəngini.
Günəş qüruba endikcə,
əvvəlcə açıq-qaranlıq,
sonra tünd qəhvəyi
zil qsranlıq dolur gözlərimə.
Əllərimlə
sığal çəkirəm çəmənliyə,
axtarıram izlərimi.
Nə yaxşı ki
Ay doğulur ulduzların dövrəsində,
süd rənginə boyayır
çəmənliyi, əllərimi,
hər tərəfi…
Bu Yazarın Diğer Yazıları (Toplam: 4 adet)
İki Zəlzələ Şəiri / Ələddin Əzimli
20 Şubat 2023
Bir Demet Şeir / Ələddin Əzimli
28 Kasım 2022
Ünvanlı Şeirlərin 2 / Ələddin Əzimli
8 Ağustos 2019
Ünvanlı Şiirler / Ələddin Əzimli
17 Haziran 2019