Üç Şiir/ Müşfiqə Baləddin *
İlahi, Nə Gözəl Tanıdın Məni
İlahi, nə gözəl tanıdın məni!
bildin keşməkeşdən keçə bilirəm…
Çiyinlərim boyda yük yeri vardır,
min dərd yükləsən də, çəkə bilirəm.
Nərdivan gətirdin ayağım altda,
qalxdım pillə-pillə püxtələşməyə.
Bir az da dərd verdin, dərdim qalmadı,
daha nə lazımdır bəndələşməyə?!
İlahi, ver mənə bir isti sığal!
Bu incik, yaralı xətrimə çəkim,
Mən çarə tapmışam ağ saçlarıma
Sən də bir sevinc ver bəxtimə çəkim.
Nə Üşüdürsən, Nə İsidirsən
Bitmək bilməyən payız yagısı kimisən,
Nə uşudursən, nə isidirsən.
Urəyimin dərinliyinə axıb-axıb dolmusan.
Hərdən gozumdən gəlirsən,
İsladırsan yanagımı.
Qovusdurub kipriklərimi yuxu gozlərimə,
Agladıqdan sonra gələn sirin yuxu kimi.
sübhün əzik parıltısında goz acmaga qoymayan sirin yuxu kimisən.
O səma gozlərindəmi sehrin,
Ya səmanın aydınlıgındamı?
Bilmirəm…
Bilmirəm, qatıb qabagına aparır urəyimi.
Dəniz dalgası kimi vurur qayalara,
Ləpəsində iz qoyur ləpiri ilə.
Bitmək bilməyən payız yagısı kimisən,
Nə üşüdürsən, nə isidirsən..
Həsrətini Bitir Gəl
Qapım açıq, çayım isti,
Bir bəhanə götür gəl.
Ocağımda payım isti,
Həsrətini bitir, gəl.
Qaranlıqda döy qapımı,
Qara baxtım ağ olsun.
Bağışlaram günahını,
Darıxdım, andım olsun.
Darıxmağın adətidir,
Kök salıb, qəm bitirər.
Kimsə qucaqlaya bilmir,
“Sən” kimi, sənin qədər.
Sən gedəndə körpə idi,
Həsrətin bir dam olub.
Yola getmir ürəyimlə,
Dilbilməz adam olub.
Qapım açıq, çayım isti
Bir bəhanə götür gəl,
Ocağımda payım isti
Həsrətini bitir, gəl.
(*) Müşfiqə Baləddin
21.02.1984 cü ildə Azərbaycanda Lerik şəhərində anadan olub. İlk təhsilini Bakıda almış. Hal hazırda Bakıda yaşayır. Müəllimədir. Şeirləri dövrü mətbuatlarda, sosial şəbəkələrdə yayımlanır. Bədii qiraətlə məşğul olur. Ailəlidir. 1 övladı var.
Azərbaycanın Kiraat Ustadı, Deyerli Şiirler muellifi ,Turk dunyası Əlişir Nəvainin 580 illiyinə həsr olunmuş “Qiraət yarışması 1 cisi …Təşəkkurlər Gözəl şiirlər için