Mən Qocalmaq istəmirəm a Dostlar / Xalidə Abdullayeva
Unutmaq olarmı xatirələri,
Çox əzizdir mənə gənclik illəri.
Zaman ötmə, dəyan dondur günləri,
Mən qocalmaq istəmirəm a dostlar.
Saçlarıma ta yağmasın ağ- ağ dən,
Allah qurban olum yalvarıram mən.
Gəncliyimə toxunma sən dəymə sən-
Mən qocalmaq istəmirəm a dostlar
İllər gah ağladıb,gahda güldürdü,
Bəzən diri – diri yıxıb öldürdü,
O ötən cağlarım yadıma düşdü-
Mən qocalmaq istəmirem a dostlar.
Yaşımı soruşma deyəcəm azdı
Xəyalım dil bilmez bir şıltaq qızdı
Xalidə qəlbindən keçəni yazdı,
Mən qocalmaq istəmirəm a dostlar.