DergiZan

Yazı ve Sanat Ülkesi

Dənizlə Danışan Qız / Şahmurad Şahmarbəyli

Dənizlə danışan qız
Danış niyə susursan
Bir kəlmə də deməyib
Bir kəlmə dinləməyib
Məni də dinləməyib
Qəbivin arzuların
Dənizdən soruşursan
Dalğaları coşdurub
Sahilə yan qaçırsan
Nə olub sənə ay qız
Bir sorğun olan kimi
Dənizə yollanırsan
Danışdıqca dənizlə
Ürək tir-tir titrəyir
Qəlbivin döyütüsü
Dalğalara bənzəyir
Danışdığın hər kəlmə
Ürəyi parçalayır
Susan dənizdə coşub
Fırtınlar qoparır
Ürəyivin səsinə
O da səs-səsə verir
Susan göz yaşlarıva
Dalğalar cavab verir.
Danışdıqca dənizlə
Sənin gözlərin dolur
Axan göz yaşlarında
O, dənizdə boğulur.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 1 eseri bulunmaktadır.