Teatrda Zəfər Gününə ‘Xeyir Xəbər’ / Adilə Səfərova

Naxçıvan teatrında Zəfər gününə həsr olunmuş “Xeyir xəbər” tamaşası teatrsevərlərə təqdim olunub.
Maraqlı və rəngarəng repertuarı ilə tamaşaçı qəlbinə yol tapan Cəlil Məmmədquluzadə adına Naxçıvan Dövlət Milli Dram Teatrında əməkdar incəsənət xadimi , yazıçı- dramaturq Əli Əmirlinin qələmə aldığı” Xeyir xəbər” dramına yeni səhnə həyarı verilib. Mövzu aktualliğı, ictimai təsir gücü, maraqlı süjet xətti ilə diqqətəlayiq dram əsəri teatrın direktor əvəzi, baş rejissor Mir Qabil Əkbərovun quruluşunda ərsəyə gəlib. Şanlı tariximizə qızıl hərflərlə yazılan 44 günlük Vətən müharibəsindən ,qəhrəman igidlərimizin şücaətindən bəhs edən tamaşada əsas rolları əməkdar artistlərdən Vidadi Rəcəbli, Nazlı Hüseynquliyeva , fənc akttorlardan İsmayıl Mirzəcanov və Ləman Vəliyeva canlandırır.
Tamaşada peşəkar, istedadlı aktyorların ifasında külminasiya xəttinə doğru cərəyan edən gərgin psixoloji anlar, qanlı- qadalı müharibə dəhşətləri, ən əsası igidlərin qələbəyə inamı, eləcə də. zəfər naminə xalqın birliyi bir ailənin timsalında dolğunluğu ilə əksini tapıb.Tamaşa mövzu aktualliğı, ictimai təsir gücü, maraqlı süjet xətti ilə diqqətəlayiq hesab olunur.
Tamaşada ermənilər tərəfindən maddi-mədəniyyət nümunələrimizin, tarixi abidələrimizin , o cümlədən, inanc ocağı Şuşa məscidinin minarəsinin dağidilmasi da erməni vandalizminin amansızlığını təzahür etdirir.
Tamaşanın ən uğurlu səhnə həllindən biri də müharibənin bitməsindən sonra yeni quruculuq işlərinin aparılmasıdır. Belə ki, Şuşa məcsidinə yeni həyat verilir, qoşa minarə ucaldılır. Həyat yenidən canlanır. Bütün bu kimi zəruri amillər tamaşanın uğurlu alınmasına təsir edir.
Tamaşanın rejissor assistenti Mehri Nəcəfova, quruluşçu rəssamı Naxçıvan Muxtar Respublikasının əməkdar rəssamı Səyyad Bayramovdur.. Tamaşada rəssam isi də əsərin ideyasının tamaşaçiya çatdırılnmasına kömək edir.Həmçinin musiqi tərtibatçısı İbrahim Əliyevin də işi təqdir olunasıdır.
Qeyd edək ki, hər il qürur və təntənə ilə kecirdiyimiz qəhrəmanlıq salnaməmizin qızıl hərflərlə yazilı tarixi olan” ZƏFƏR GÜNU” nə həsr olunan tamaşa teatrsevərlər tərəfindən alqışlarla qarşılanıb.



