Mən Qərib Diyarda Qəribsəyirəm / Xalidə Abdullayeva

Ay ötür, gün keçir, il ötüşəndə,
Ayrılıq neştər tək qəlbi deşəndə,
Doğma yurd həsrəti,yada düşəndə,
Mən qərib diyarda qəribsəyirəm!
Sıxır ev eşiyin divar daşıda,
Buranı başqadı yayı qışıda,
Saxlıya bilmirəm ağlı huşuda-
Mən qərib diyarda qəribsəyirəm.!
Əlim doğma yurtdan aralı qalıb,
Allahda tərk edib nəzərdən salıb,
Hərdən xəyallara kövrəlib dalıb-
Mən qərib diyarda qəribsəyirəm..!
Etibar görmədim doğma yarımdan
Qurbətdə olanlar anlar halımdan.
Kef çəkdim ağlımın səy ucbatından-
Mən qərib diyarda qəribsəyirəm!..