Düşüncələr / Adilə Səfərova

Niyə ruhum didərgindi?
gah havada, gah yerdədi..
Ümidimə.ümid qatan xəyallarım
çoxdan köçüb bu dünyadan
pəjmürdədi….
Hey yanıram bir şam kimi
İçimdə odlar qalanır..
Gözlərimin önündəcə
ömrüm dərdlə ortaq olur,
Küsürəm bu dünyadan
niyə mənə sərt davranır?
niyə zalim insanlara
qucaq açır,
sonsuz sevgi yağışına boy atdırır?
Üzülürəm, düşüncələr girdabında..
. Tanrım nolar götür məni, götür məni …
uzaq elə, məkanlara..
Orda yalnız bahar olsun,
çiçəklərin rayihəsi
ovsunlasın ürəyimi,
Yazım belə, yazım eldən..
Nağıl kimi həyatımı
yuxu kimi görüm təzdən…
Reallığı istəmirəm…
acıları, nisgilləri betər.olur..
Axı nağıl kimi həyat özü də şirin olur…
Şirinliyi istəyirəm,
səmimiyyət kölgəsində gülsün həyat…
Layla çalan nənələrə
nənni quran analara
yaxın olsun şerim, sözüm…
Bəlkə onda bərk dayanıb,
həyatıma bir yol çözüm..