DergiZan

Yazı ve Sanat Ülkesi

Şiir Damlaları / Firuzə Quliyeva

1.Damla *

Yavaş-yavaş içirəm səni….
Dodaqlarım günəşdən qabar-qabar olan zaman.
Darıxıram…
Qəribliyim sinəmdə çırpınan zaman.
Yaşayıram…
Ruhum bir edam havasına yaşayan kimi.
Məhkumam…
Zehnimə sığındığın südəmər uşaq kimi.
İsti qucağında ilıq səsimi,
Bir yığın küləkdən qoru min əsri.
Rəngsaz deyiləm tablo boyansın,
Günlərə meydan verən dərdsaz olduğum kimi.
Sonuncu “Niyə?” -demə ey şahid,
İstəsən, qəlb qırıntılarını sərçələrə verərik.
Ayrılıq yaşamış dünya üzərində,
Daha nə desin?
Bəstəsiz göylərin mavisi dinsin.

2.Damla **

Səma adam!
İçimdəki dağınıq meşə
Qovuşur sarmaşıq kimi.
Söz uçur, yazı qalır
Küsüb sünbül boyuna
Qaralar içində qırmızılar var.
Bir baxışına məftun ruhum
Gedişinə baxır məlun-məlun.
Saçlarını sal yanıma
Ağlımın dayazında qalmasın.
Sətirlər seçsin yalanı, yananı
Yalan ədəbiyyatında yanan dünya
Əbədiyyətin səhifəsinə adınla başlasın.
Betərimdən tanrım qorusun, Səsim adam!
Bir damla nəfəsdən görməsinlər
Səndə mənim gördüyümü,
Hər kəsim adam!
Heç kəsim adam!

3. Damla ***

Hər hərf bir damla düşdü yanağına
Sözlərimi xırdaladım ovuclarında,
Hazır etdim bir çimdik gülüşünü
Şeir baxışlarına çiçək açıldı.
Buz bağlamış həyatımın qarına
Təklik oyununun qorxusuna,
Bir yolluq adına baş əydim.
Neçə zamandır canımın korluğu
Gecələri burnumun dirəyini sızladır.
Ey fani ruzigar, nəfəsim qədərsən!
Üzümə vurduqca zərər verirsən.
Əcəlim sarsıtmır məni
Əllərim hoyrat, baxdı xatirənə.
Əyilib toxunur torpağa içim
Köklərim sızlayır, susqun duamda.

4. Damla ****

Şairin yaratdığı hər cizgidə
Özündən göz yaşları biçilir.
Kitablardan günah içilir
Çənə qarışır dualarımda.
Aylara, günlərə qol çəkirəm,
Təqvim deyil, tək hecam danışır!
Ürək yerinə, sükut döyünür sinəmdə,
Sənsizliyin ağırlığı…
“Necəsən?”lərin boynubüküklüyü…
Təbəssüm vərdişdir sadəcə,
Güzgülər heç vaxt düz göstərmir,
O mənəmmi, bilmirəm.
Sol tərəfimsə…
Sol tərəfim sən…

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 2 eseri bulunmaktadır.

Yazarın diğer yazıları