DergiZan

Yazı ve Sanat Ülkesi

Kiməm ? Nəyinəm? / Səbinə Xosiyeva

O gözlərindəki sevgidir,nədir?
Nədir mənə doğru gətirən səni.
Qorxuram soruşam kiməm?nəyinəm?
Qorxuram bir ömür itirəm səni ..

Mən axı ömrünün harasındayam ?
Bəlkə də doğman yox , yadınam elə..
Bəlkə də hamıdan əzizin mənəm,
Dərdindən öldüyün qadınam elə?…

Keçir suallarla günüm ,saatım,
Susdura bilmirəm qəlbimin səsin.
Necə də çətindir əlin tutmamaq ,
Məsumca ,dəlicə sevdiyin kəsin..

İsidir ruhumu odlu baxışın ,
Hərdən də görürəm həmin deyilsən.
Bu qədər nagüman buraxma məni,
De görüm mənimsən, mənim deyilsən?..

Bu yazıyı paylaş:

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir