Çiçəklənən Naxçıvanım / Adilə Səfərova

Qayaları qızıl rəngi,
Şiş uclu nizədir sanki.
Hər qarışı gül çələngi-
Vəsfinə qaynayır qanım.
Çiçəklənən Naxçıvanım.
Qapıcığı başı qarlı,
Gəmiqaya düz ilqarlı.
Əlincəsi şah vüqarlı,
Haçadağı şöhrət-şanım
Çiçəklənən Naxçıvanım
Haqqın bükülməz qolusan,
Gəncləşsən də çox ulusan
Möhtəşəmlik simvolusan
Qüdrətini necə danım
Çiçəklənən Naxçıvanım.
Abadlaşıb kənd-şəhərin,
Dan üzüsən sən səhərin
Beşiyisən sən bəşərin
Torpağınsa Nuhçıxanım,
Çiçəklənən Naxçıvanım
Ucalırsan məğrur, mətin,
Gün-gündən artır şöhrətin.
Timsalısan sən cənnətin
Doğma yurdum, ruhum, canım,
Çiçəklənən Naxçıvanım.
Tükənməz od-ocağından,
Qoca Şərqin qucağında,
Qüdrətlisən bu çağında,
Səddlər aşır şöhrət, şanın,
Çiçəklənən Naxçıvanım.
Bu Yazarın Diğer Yazıları (Toplam: 8 adet)
Düşüncələr / Adilə Səfərova
7 Haziran 2025
Ana Təbiətin Dan Üzü – Bahar / Adilə Səfərova
3 Nisan 2025
Düşüncələr / Adilə Səfərova
12 Şubat 2025
Naxçıvan Teatrının Yasəməni / Adilə Səfərova
30 Ocak 2025
Qumruların Sevgi Nağılı / Adilə Səfərova
19 Ocak 2025
Teatrda Zəfər Gününə ‘Xeyir Xəbər’ / Adilə Səfərova
7 Kasım 2024
Mən Dəniz Timsalıyam/ Adilə Səfərova
5 Kasım 2024