DergiZan

Yazı ve Sanat Ülkesi

Sevmirəm ki Onu Mən / Bənövşə Mahmudqızı

Sevmirəm ki onu mən,
Ürəyində donu mən.
O donu hiss etməsə…
Bir gün mütləq ki, bilər
O don mütləq əriyər,
Ürəyinin içində
eşq alovu rəqs edər.
Bəs edər?
Eşq alovu bəs bilməz,
Elə yanar ki, sönməz.
Amma mən…
İstədim ki bir yanaq
Eşqin içində bişib
İkimiz bir dad olaq.
O donu hiss etməsə?
Yazaram bircə cümlə;
Sevmirəm ki onu mən…

Bu yazıyı paylaş:

Bir yanıt yazın

E-posta adresiniz yayınlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir