Çətindir / Sabina Xosiyeva

Ən dərin ağrılar düşür payına,
Kim ki dözümlüdür,kim ki mətindir.
Səni qınamıram ,vallah ,əzizim,
Fədakar qadını sevmək çətindir.
Çətindir sevəsən bir ömür boyu,
Eşqinə vəfalı adam olasan..
Hər kəsdən ,hamıdan qaçdığı anda,
Qaçıb sığındığı o dam olasan..
Çiyninə yük olar qısa saçları,
Durub yaslanacaq kürəyin olmaz!
Sevincin rahatca bölərsən amma,
Ağrısın çəkəcək ürəyin olmaz!