Dünya Səndən İncinmişəm / Benzer Yusifova

Hani əhdin hani vəfan,
Dərman idi hani zaman?
Yaşamaga yoxdur güman,
Dünya səndən incimişəm

Ədalətin qolu qırıq,
Gözləri kor qəlbi yırtıq.
Verdiğin əksik, yarımçıq
Dünya səndən incimişəm.

Anaların gözü yaşlı,
Yetimlərin yolu daşlı.
Sinən üstdə qan, savaşdı,
Dünya səndən incimişəm.

Mənə eşqdən söz eyləmə,
Bir az daha döz söyləmə.
Göydən baxıb göz eyləmə, 
Dünya səndən incimişəm.

Yuxumda da qəm görürəm,
Elə yas, matəm görürəm.
Bir yanımı kəm görürəm,
Dünya səndən incimişəm.

Boyatlaşıb dadın qaçıb
Hamı yerdən usaqlaşıb,
İnsanlar yaman yadlaşıb,
Dünya səndən incmişəm.

Qaynamaram, qarışmaram,
Dindirmə heç danışmaram.
Qəlbim küsüb barışmaram,
Dünya səndən incimişəm.

Əlində çörək sürünən,
Göz yaşını yoxdu silən.
Küçələrdə çox dilənən, 
Dünya səndən incimişəm.

Nə məzarım nə baş daşım,
Qalmadı dostum sirdaşım.
Tənhalıq başdan yoldaşım
Dünya səndən incimişəm..

Bu gönderiyi paylaşın:

Yazar: ramazan

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir