DergiZan

Yazı ve Sanat Ülkesi

Sevgi Gözlüm / Leyla Metin

Ay üzlüm
yenə şehdir yanaqların
Səndən uzaq düşəli?
Bilirəm tez -tez sabah olur
tez-tez şeh düşür üzünə.

Niyəsə günlər ötüşmür.
Bu tərəflərdə qara gecələr
yaman uzun olurmuş
Bilmirdim.
ayın on beş günü on beş il kimi ötür
Ay hər gecə evinə əliboş getmək istəmir
Həsrət yağışları yağmamış
Bu nə yağış sevgisiymiş
bir bilsəm

De görüm ən çox etdiyin dua hansıdır
Qoy özüm deyim
sabahın biri yuxudan bir ayılmaq
Hə deyəsən tapdım
Susdunsa razısan demək

Buraları isti deyirdilər
Yaman üşüyürəm
Baxıram hamı nazik geyinir
Tək mənəm qalın geyimdə.
Yad baxışlar üzərimə
Güllə kimi tuşlanır
Sənin xəyalına sarılıb güllələri
birtəhər dəf edirəm
Bax yenə sən
Olmasan nə edərdim?

Artıq 3 gün qalıb
Saatın əqrəbləri çox asta yeriyir
Sanki əqrəblər qeybətçil qadınlar kimi yolda dayanıb söhbət edirlər
Bu nədir axı
sıxılmaqdır
Ya darıxmaqdır
Uzaqlardan sevmək beləmi olurmuş
Bir gün də ötsün artıq yaxınında olacam
Uzun həsrətdən sonra ilk dəfə
Sevgi qoxacaq qəlbimiz
İndi acı olsa da
Sevdiyim ,
inan bu darıxmaqlı günləri də
gözəl xatırlayacağıq!

 

 

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 20 eseri bulunmaktadır.