DergiZan

Yazı ve Sanat Ülkesi

Üç Şiir / Xeyale Sevil

1
Eşq Atıram

 

Yanağım quruyan kimi
Damcı-damcı yaş qatıram.
Sənsiz elə darıxıram…
Sənsiz belə baş qatıram.
Gözümün nəm tərəfinə,
Könlümün qəm tərəfinə,
Dünyanın sən tərəfinə
Allı-güllü eşq atıram.
Susma, gözlərin səs edir,
Duyğuların həvəs edir.
Ya mən, ya da mən, bəs edir?
Birini seç, püşk atıram.

2
Bir Dua Var Dodağımda

 

Bir dua var dodağımda
Göy üzünə atmaq üçün.
Tanrı da bir dərd göndərib
Yaşayıb baş qatmaq üçün.
Bağlı otaqlar kimiyəm,
Sınıq budaqlar kimiyəm.
Nə ölü, nə sağ kimiyəm
Qayıdıram çatmaq üçün.
Mən səndən dönən deyildim,
Alışıb sönən deyildim.
Əyildim, vallah, əyildim
Mən səni ucaltmaq üçün.
Daha dönməz üzüm sənə,
Gecədi gündüzüm sənə.
Eh! Qalmadı lüzum sənə
Bu eşqi yaşatmaq üçün.

 

3
Görünür

 

Görünür,
Hayandan baxsaq görünür.
Bu ömür
Ayağı axsaq görünür…
Burda yenə gecələrin
Qaralıbdı qanı da,
Bütün pəncərələr bağlı
Yoxdu bir eyvanı da.
O ev mənim evimdi.
Burda yenə külək əsir,
Burda yenə yağışdı.
Yığışdır, İlahi, məni yığışdır.
O göyün üzündən
Kəs əllərimi,
Bu yerin üzündən
Ayağımı kəs.
Məni sevindir.
Görünür,
Bu yolun sonunda
Quyu görünür,
Quyuda
Gözümün suyu görünür.
Uzatmıram ömrümü də,
İlahi,
Yaman həvəsliyəm
Bəstə qoymağa.
Bir şəkil çəkdirib
Gedirəm daha.
Mən qəbir daşımın üstə qoymağa.

Bu yazıyı paylaş:

Bir cevap yazın

E-posta hesabınız yayımlanmayacak. Gerekli alanlar * ile işaretlenmişlerdir

Bu yazarın toplam 2 eseri bulunmaktadır.

Yazarın diğer yazıları