Qəribsəmişəm/Aysel Nəsirzadə

Sərin bir kənd havası,
Quşların civiltisi.
Açsın səhərin gözün
Bulağın şırıltısı.
Dağların ətəyində
Duraq üzü gündoğana.
Gün doğsun üzümüzə,
Lovğalana-Lovğalana.
Ruhuma qəm biçilib,
Mən məndə mənsizləmişəm.
O ötən günlər üçün
Elə qəribsəmişəm.

